Səbail rayonundan yazan jurnalistlər mükafatlandırıldı

Oktyabrın 17-də Səbail Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müsabiqənin qaliblərin təbrik edib.

Mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən prosesləri mətbuatın vasitəsi ilə ictimaiyyətə daha yaxından çatdırmaqdır. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini bildirib. Vüqar Səfərli müsabiqələrə təqdim edilən yazılarda yol verilən qüsurlardan da söz açıb. O qeyd edib ki, Fond bu qüsurları müzakirə etmək məqsədi ilə yaxın günlərdə media nümayəndələri ilə görüşlər keçirəcək.
V.Səfərli müsabiqəyə ümumilikdə 29 yazı daxil olduğunu və onlardan 3-nün qalib hesab edildiyini bildirib:
“Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə – 1000 manat, II yer 800 manat, III yerin qalibinə isə 600 manat məbləğində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınıb. Bunlardan əlavə 10 yazı müəllifinə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulmuşdu. Amma sonradan Asif müəllimin təklifi ilə bu qərar dəyişdirildi. Belə ki, topladıqları bala uyğun müsabiqədə iştirak edən 4 jurnalistə 500, 10 müsabiqə iştirakçısına 200, 7 nəfərə isə 100 manat məbləğində həvəsləndirici mükafat verilməsi qərara alınıb”.

Daha sonra mükafatlandırma mərasimi keçirilib və qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunub.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO