Samsung-la Google arasında yeni anlaşma

Cənubi Koreyanın Samsung Electronics və ABŞ-ın Google şirkətləri qlobal patent alyansının yaradılması haqqında razılığa gəldiklərini rəsmən bəyan ediblər. İmzalanmış saziş iki şirkətin mobil texnologiyalar sahəsində bir-birinin patent hüququndan istifadəsini nəzərdə tutur. Hazırda Samsung və Google Android əməliyyat sistemi həlləri bazarının nəhəng oyunçuları hesab edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, maliyyə şərtləri açıqlanmayan saziş 10 il müddətinə imzalanıb və iki şirkətə məxsus patentləri əhatə edir. Tərəflər söhbətin məhz mobil texnologiya patentləri və ya ümumiyyətlə, patentlər haqqında getməsi barədə məlumat vermirlər. Şirkətlərin rəsmi bəyanatında deyilir ki, saziş şirkətlərə hazırkı və gələcək layihələr üzrə tədqiqat və işləmələr sahəsində əməkdaşlığı genişləndirməyə imkan verəcək.

Saziş əsasında fəaliyyət göstərməklə şirkətlər potensial patent təqibləri risklərini azalda və diqqətlərini innovasiyalara yönəldə bilər, – Google şirkətinin patent hüququ məsləhətçisinin müavini Allen Lo bildirib. Samsung nümayəndələri bildiriblər ki, şirkət əvvəllər oxşar saziş imzalayıb və onlar öz effektivliyini sübut edib. Biz qəti əminik ki, sahəyə daha çox uğuru məhkəmə mübahisələri deyil, əməkdaşlıq gətirir, – şirkətdən qeyd edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO