Söz Azadlığını Müdafiə Fondu (SAMF) “turizm ili” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin qalibi kimi, “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinə yekun vurub.
Fonddan SalamNews-a verilən məlumata görə, “turizm ili” çərçivəsində həyata keçirilən layihə çərçivəsində SAMF-ın əməkdaşları tərəfindən işğal altında qalan mövcud turizm obyektlərinin siyahısı dəqiqləşdirilib, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq və turizm imkanlarını araşdırılıb. Adıçəkilən rayonlar üzrə dəymiş ziyanın məbləğı mütəxəssislərin iştirakı ilə hesablanıb, buklet və büroşura da nəşr edilib. Bununla yanaşı, toplanılmış materiallar fondun saytında www.azfreespeech.az və www.diyarshunasliq.az informasiya portalında yerləşdirilib.