Söz Azadlığını Müadifə Fondu “İşğal altında olan muzeylərimiz”lə bağlı layihəni iki ildirki davam etdirir. Əvvəlcə daxili imkanlar hesabına davam etdirilsə də, sonradan layihənin icrasına Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi vermişdir. QHT Şurasının dəstəyi ilə SAMF tərəfindən həyata keçirilən “İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsi uğurla başa çatdırılsa da, fond bu istiqamətdə araşıdırmanı davam etdirir.
Əldə etdiyimiz məlumatlar əsasında demək olar ki, bu gün işğal altında olan ərazilərimizdə 29 muzey fəaliyyət göstəmişdir. Ümumilikdə isə Ağdam rayonunun işğal altında olmayan ərazisindəki Rahib Məmmədovun Xatirə muzeyini də bura əlavə etsək onda işğal nəticəsində ziyan çəkmiş muzeylərin sayı 30-a çatır. Bundan əlavə işğal altında olan ərazilərdə dörd rəsm qalereyası fəaliyyət göstərmişdir.
SAMF-ın araşdırmalarına görə, ümumilikdə işğal altındakı muzeylərimizdə və rəsm qalereyasında olan 125.220 eksponatdan, yalnız 22.212 ədədini xilas etmək mümkün olmuşdur. 103.008 eksponat isə Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş, daşınması mümkün olanı isə Ermənistana daşınmışdır.
Xatırladaq ki, muzeylərdən bu gün on dördü fəaliyyətini bərpa etmişdir.
Müharibədən sonrakı dövrdə isə münaqişə zonasında bir muzey- Bala Bəhmənli kənd Tarix Diyarşünaslıq Muzeyi- fəaliyyətə başlamışdır.
SAMF layihəni cari ilin sonunadək davam etdirəcəkdir.
SAMF
04.02.2014