SAMF idxal məhsullarında Azərbaycan dilinin qorunması vəziyyətini araşdırıb

SAMF idxal məhsullarında Azərbaycan dilinin qorunması vəziyyətini araşdırıb Söz Azadlığını Müdafiə Fondu (SAMF) dövlət dilinin qorunması istiqamətində həyata keçirdiyi layihənin növbəti mərhələsini başa çatdırıb. Fond bu dəfə Azərbaycana idxal olunan ərzaq və qeyri ərzaq məhsullarının üzərindəki izahlarda ölkə qanunvericiliyinə müvafiq olaraq dövlət dilimizin qorunması ilə bağlı real vəziyyəti araşdırıb.
Monitorinq zamanı paytaxtda satışa çıxarılan 198 adda idxal olunmuş məhsula baxış keçirilib. Əmtəələrin 24%-ni süd məhsulları, 16%-ni ət məhsulları, 9 %-ni turşular, 28%-ni şirniyyat məhsulları, 17%-ni sərinləşdirici içkilər, 6%-ni isə yuyucu vasitələr təşkil edib.
Məlumat üçün qeyd edək ki, Dövlət Dili haqqında Azərbaycan Respublikası Qanunun 7.4 maddəsində birmənalı şəkildə qeyd edilir ki, “Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır”.
Monitorinq zamanı bəlli olub ki, baxış keçirilən və fotolarda əks olunan idxal məhsullarının yalnız 24,7 % -nin üzərində Azərbaycan dilində izahatlar qeyd olunub. Bu izahatlara diqqət yetirərkən məlum olub ki, onların da 0,5%-i ölkəmizdə fəaliyyət göstərən distribütorların vasitəsilə sonradan – malın qablaşdırıldığı karton, kağız və digər materialların üstünə yapışdırlıb.
Araşdırmalar zamanı bəlli olub ki, monitoriq edilən idxal məhsullarının üzərindəki izahların 48% -i gözlə görülə biləcək səviyyədə deyil, yəni 3-5 şrift ölçüsündə verilmişdir. Hətta makaron məhsullarının beşində 18 dildə izahatlar verlib ki, izahatların heç biri oxunmur. Oxunmayan izahatın sadəcə izahat xatirinə məhsulun üzərinə yapışdırılması isə istehlakçıya qarşı edilən hörmətsizlik kimi qəbul edilə bilər.
Monitorinq zamanı Türkiyə və Rusiya istehsalı olan əmtəələrin heç birində Azərbaycan dilində məlumata rast gəlinməmişdir.
Qeyd üçün vurğulayaq ki, monitorinq olunmuş 4,5 % istehlak məhsulunun üzərində erməni dilində izahlara rast gəlinmişdir.
SAMF
23.01.2012

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO