Salyanda KİVDDF-nin təşəbbüsü ilə konfrans təşkil olunub

Salyan Rayon İcra Hakimiyyətində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDDF) təşəbbüsü ilə “Yerli İcra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

SalamNews-un bölgə müxbirinin xəbərinə görə, Mətbuat Şurasının üzvləri Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyətinin yeni inzibati binası, uşaqların texniki yardıcılıq mərkəzi və rayonda aparılan digər abadlıq-quruculuq işləri ilə tanış olublar. Tədbirdə Salyanda son illər görülən işlər barədə məlumat verilib və görülən işlərin, eləcə də problemlərin işıqlandırılması istiqamətində media ilə qarşılıqlı əməkdaşlığa maraqlı olduqları bildirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bu qəbildən olan tədbirlərin artıq ənənəvi xarakter aldığını, yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Konfransda Azərbaycanda mətbuatın inkişafı istiqamətində dövlət tərəfindən mühüm işlər görüldüyü xüsusi qeyd olunub və müzakirləırdə bir sıra təkliflər səsləndirilib.

– See more at: http://salamnews.org/az/news/read/105256#sthash.itB3aQQH.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO