SalamNews İA və İnterAz telekanalı intihar hadisələri barədə xəbərlərin işıqlandırılmasını dayandırıb

SalamNews İnformasiya Agentliyi (İA) və İnterAz telekanalı 2014-cü ilin sonunadək intihar hadisələri barədə xəbərlərin işıqlandırılmasını dayandırıb. Bu qərar Agentliyin və televiziya kanalının rəhbərliyi tərəfindən cəmiyyətdə psixoloji təzyiqin azaldılmasına yardım göstərmək və “intihar epidemiyası”nın qarşısını almaq məqsədilə qəbul olunub.

SalamNews İA və İnterAz telekanalı bu məqsədlə yerli KİV-ləri onlara dəstək olmağa səsləyib.

Psixoloqların araşdırmalarına əsasən, mediada bu barədə verilən məlumatlar insanların, xüsusilə yeniyetmə və gənclərin psixikasına mənfi təsir göstərir.

Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov SalamNews-a müsahibəsində bildirib ki, MŞ jurnalist etikasının mövcudluğu barədə yerli KİV-ə xatırlatma etmək və mənfi nəticələrin aradan qaldırılması üçün intihar hadisələrinin düzgün işıqlandırılması barədə məsləhətlər vermək niyyətindədir. Uzun illik təcrübə göstərir ki, KİV-lərdə intihar hadisələrinin fəal işıqlandırılması analoji halların sayını artırır: “Mətbuat Şurasında bu cür məlumatların mediada dərc olunmasının məqsədəuyğunluğu müzakirə olunub. Bəzən müxtəlif növ qadağalar zəif psixikaya malik insanlarda həmin qadağalara əməl etmək hissi oyadır. Məhz buna görə də Azərbaycan MŞ intihar hadisələrinin işıqlandırılması ilə bağlı dərin narahatlıq keçirir.”

Şura sədrinin fikrincə, jurnalistlər və yerli KİV rəhbərləri üçün müvafiq tədbirlər keçirilməli və MŞ həmin tədbirlərdə neqativ amillərin işıqlandırılması barədə məsləhətlərini verməlidir.

– See more at: http://salamnews.org/az/news/read/114819#sthash.OrxRtGOf.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO