Şəki şəhərində bu gün “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” adlı konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının (AMŞ) təşəbbüsü ilə keçirlimiş toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, elektron media resurslarının rəhbərləri, ətraf bölgələrdə fəaliyyət göstərən qəzetlərin təmsilçiləri iştirak ediblər.
AMŞ-dən SalamNews-a bildirilib ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzüblər, Mirzə Fətəli Axundovun ev muzeyində olublar, Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər və media nümayəndələri daha sonra Şəki Şəhər İcra Hakimiyyətində icra başçısı Elxan Usubovla görüşüblər.
«Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində» adlı konfransı giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, avqustun 29-da akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçilimiş müşavirə ölkə həyatında mühüm hadisə kimi yadda qalıb. Müşavirədə açıqlanan konkret faktlar informasiya təhlükəsizliyi məsələsinin təkcə paytaxt KİV-ləri üçün deyil, bölgə mətbuatı üçün də aktual tərəflərini ortaya qoyub. Bugünkü tədbir də məhz yerli jurnalistlərin fikir və düşüncələrini eşitmək istəyindən qaynaqlanır.
Görüşdə çıxış edənlər Azərbaycanın informasiya təhlükəsizliyi məsələsinin ölkə miqyasında müzakirəsini vacib məqam kimi vurğulayıblar. Bildirilib ki, xalq və ölkə üçün vacib məqamlarda KİV-lərin monolit komanda kimi çıxış etməsi həlledici məqamdır.
Toplantıda çıxış edən bölgə mətbuatı nümayəndələri vurğulayıblar ki, media milli maraqları nəzərə almalı və ona söykənməlidir.Bu hər bir jurnalistdən vətənpərvər olmağı tələb edir. Ölkə başçısı İlham Əliyev də həmişə çıxışlarında jurnalistləri vətənpərvər olmağa çağırıb.
– See more at: http://salamnews.org/az/news/read/142444#sthash.mnIBfvse.dpuf