ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə səfər edib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə səfər edib. Səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. İcra başçısı səfirə Azərbaycanın ikinci böyük şəhəri Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verib.
ABŞ səfiri isə çıxışı zamanı səmimi qarşılanmaya görə təşəkkür edib və bildirib ki, şəhərdə aparılan quruculuq işləri onda xoş təəssürat yaradıb, Gəncə müasirləşməsi zamanı qədimliyini də qoruyub-saxlayıb.