Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərində sentyabrın 13-ə təyin edilən qondarma “seçkilər”in keçirilməsi heç bir halda regionun gələcək statusuna təsir göstərməyəcək. Trend-in məlumatına görə, bunu Avstraliyanın Azərbaycandakı səfiri Ceyms Larsen “Twitter” səhifəsində bildirib.
Qeyd edək ki, Avstraliyanın Azərbaycandakı Səfirliyinin mənzil-qərərgahı Ankarada yerləşir.