ABŞ, Fransa və digər ölkələr bütün dünyada terrorçuluqla birgə mübarizə aparırlar. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda “Qadın sahibkarlığının Azərbaycanda inkişafı” mövzusunda keçirilən konfransda deyib.
Azərbaycanın da terrorçuluqla mübarizədə iştirak etdiyini deyən səfir 11 sentyabr hadisələrindən sonra təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ-ın uğurlu əməkdaşlığını qeyd edib.
Səfirin sözlərinə görə, Türkiyədə keçirilmiş G-20 sammitində terrorçuluqla mübarizə məsələlərinə də böyük diqqət ayrılıb.
R.Sekuta əlavə edib ki, Vaşinqtonun yüksək vəzifəli məmurları energetika, ticarət və digər sahələrdə məsələləri müzakirə etmək üçün gələn həftə Azərbaycana gələcək.