Bu gün şair Rüstəm Behrudinin 56 yaşı tamam olur. Modern.az saytı həmişə açıq fikirliliyi və həqiqəti kəskin şəkildə müdafiəsi ilə seçilən şairi təbrik edib. Nəinki Azərbaycanda, bütün türk dünyasında sayılıb- seçilən şairlərdən olan Rüstəm Behrudinin türkçü şeirləri bütün Turan ellərində sevilməkdədir. Onun təkcə “Salam, dar ağacı” şeiri meydan hərəkatlarının az qala himninə çevrilib.
Modern.az-a təşəkkürünü bildirən şair yaxın gələcək üçün yaradıcılıq planlarından da danışıb:
“İlin axırında “Qanun” nəşriyyatında bir kitabım çap olunacaq. Seçmə sevgi şeirlərindən ibarətdir. Daha sonra uzun illərdi ki, üzərində işlədiyim iki pyesi noyabr ayında bitirəcəm”.