Rusiyanın “Soverşenno sekretno” qəzeti Azərbaycana böhtan atdı

Rusiyanın “Soverşenno sekretno” aylıq qəzeti mart nömrəsində tarixi xronikaların təqvimini verib. “Mart ayının tarixi hadisələri” başlıqlı yazıda Azərbaycan tarixinə və eləcə də siyasi imicinə zərər vuran bir fakt qeyd olunub. Belə ki, təqvimə görə, guya, 1921-ci ilin 16 mart tarixində imzalanan Qars müqaviləsində Rusiya ilə Azərbaycan erməni torpaqlarını öz aralarında bölüşdürməliymiş. Halbuki, gerçəklikdə hadisələr tam əksinə cərayan edib. Rusiya ilə Ermənistan Azərbaycan torpaqlarını öz aralarında bölüşdürüblər. Tarixə müraciət etsək, görərik ki, Qars müqaviləsi “Antanta”ya qarşı olan iki dövlətin – Türkiyə ilə Rusiyanın bir araya gələrək 1921-ci il martın 16-da imzaladığı anlaşma idi. Qafqazdakı yeni düzənə dair imzalanan bu müqavilə Azərbaycanın tam olaraq ziyanına işlədi.

Xalq Cumhuriyyəti dövründə ərazisi 114 min kilometr olan Azərbaycan torpaqları bu müqavilədən sonra xeyli kiçildi. Başda Zəngəzur olmaqla Qərbi Azərbaycan ərazisindəki torpaqlar ermənilərə bağışlandı və yerində Ermənistan dövləti yaradıldı. Borçalı isə Gürcüstana verildi . Tarixi faktın təhrifi ilə bağlı bu məqamdan ən tez xəbərdar olan şəxslərdən biri “Xalq qəzeti”nin baş redaktor müavini, əməkdar jurnalist, mətbuat tarixi üzrə araşdırmaçı Tahir Aydınoğlu məsələyə belə yanaşıb.

“Burda çox şübhəsiz ki erməni barmağı var. Biz nüfuzlu aylıq qəzetin redaksiya heyətinə baxdıq. Orda Vorebik imzası var. Bu şəxs Qarabağ hadisələri zamanı “Cəbhə” adlı bir veriliş hazırlayıb, ermənilərin xeyrinə saxtalaşdırırdı. Vorebikin gəlini erməni, özü isə ermənipərəstdir. Aylıq təqvimi təqdim edirsənsə, obyektiv təqdim etmək lazımdı. Əgər onu yubiley kimi götürmək istəyiblərsə, bunun özü də səhvdir. Hadisə olub 1921-ci ildə, indi isə 2013-cü ildir. 2011-ci ildə bunun 90 illiyi ola bilərdi. Bu prizmadan da təhrif edilib. Ermənilər həmişəki kimi könül bulandırırlar, bu, onun Azərbaycana çirkab atmaq üçün proqram şəklində gördüyü işdir. Bizim tarixçilər də bu məsələyə xüsusi fikir verməlidir. Kiçik məsələ deyib, yan keçmək olmaz. Ermənilər kiçik nöqtədən böyük cümlə düzəldirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO