Rusiyada internet istifadəçiləri arasında sorğu keçirilib

“Finmarket” İnformasiya Agentliyi Nielsen kompaniyasının keçirdiyi onlayn – sorğuya əsasən məlumat verir ki, hər iki rusiyalıdan biri mətbuatın iqtisadi böhran haqqında məlumatından narazıdır.

Rusiyanın internet-istifadəçilərinin 65 %-i belə hesab edir ki, KİV iqtisadi böhranın yaranma səbəbləri haqqında kifayət qədər məlumat vermir. Rəyi soruşulanların 30 %-i belə hesab edir ki, mətbuat onları dünya iqtisadiyyatına hansı problemlərin təsir göstərdiyi haqqında bilgilər vermir. 30% internet-istifadəçi isə KİV-in iqtisadi böhran haqqında məlumatlarından razıdır, sorğuda iştirak edənlərin 40 %-i isə cavab verməkdə çətinlik çəkib.

O ki qaldı hökumətin böhranla mübarizə yolunda fəaliyyətinin işıqlandırılmasına, rəyi soruşulanların 28%-i hesab edir ki, KİV hökumətin bu yolda fəaliyyəti haqqında aydın təəssürat yarada bilir. 35% internet istifadəçisi KİV-in bu sahədə fəaliyyətindən narazı qaldığını bildirib, digərləri isə bu suala cavab verməkdə çətinlik çəkib.

“Finmarket” İnformasiya Agentliyinin bildirdiyinə görə, hər beşinci rus internet istifadəçisi iqtisadi böhran haqqında xəbərlərin həddindən artıq olduğu qənaətinə gəlib.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO