Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsində nəzarət üzrə Federal Xidməti yerli KİV-ə dini mövzuda karikaturaların dərci barədə xəbərdarlıq edib.
SalamNews-un “lenta.ru” saytına istinadla verdiyi xəbərə görə, müvafiq məlumat İdarənin rəsmi saytında yerləşdirilib.
Məlumata əsasən, oxşar zarafatlar eyni zamanda iki – “Kütləvi informasiya vasitələri haqqında” və “Ekstremist fəaliyyətə əks-fəaliyyət haqqında” qanunların pozulmağı kimi qiymətləndirilə bilər: “KİV-də dini mövzuda karikaturaların yayılmağı İdarə tərəfindən təhqiramiz və ya dini konfessiya və birliklərin nümayəndələrinin ləyaqətini alçaldan, o cümlədən milli və dini ədavətin alovlandırılmağı kimi qiymətləndirilə bilər.”
– See more at: http://salamnews.org/az/news/read/159277#sthash.fgrFAgNH.dpuf