Respublika Uşaq Kitabxanası müsabiqə təşkil edəcək

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə aprelin 26-27-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Dost ölkələrə səyahət: əzizləyər hər el səni öz adəti ilə” adlı müsabiqə keçirəcək.

Kitabxanadan SalamNews-a verilən məlumata görə, 8 uşaq evi və internat məktəbləri arasında keçiriləcək müsabiqə iştirakçıları Yaponiya, Britaniya, Türkiyə, Hindistan, Rusiya, Amerika, Gürcüstan, Koreya Respublikasına dair təqdimatlar edəcək. Altı nominasiya üzrə nəzərdə tutulan təqdimata müvafiq ölkəyə aid slaydların (videoçarxın), milli rəqsin, milli geyimin, kitab sərgisinin, milli gəlinciklərin, nağıl qəhrəmanlarından birinin və ya ikisinin hazırlanması daxildir.

Tədbirdən məqsəd uşaqları dünya xalqlarının mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hissləri aşılamaqdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO