Mətbuat Şurası İdarə heyətinin iclasında “Reket nəşr”lərin müəyyənləşdərilməsinə dair təlimat”a əlavələr təsdiq olunub.
Şuradan “Media forum saytına daxil olan məlumata görə, təlimata əlavələr “reket nəşr” elan olunmuş KİV-lərin üzərində həmin adın götürülməsi proseduruna bu barədə qərarın qəbulundan bir il sonra baxılmasını nəzərdə tutur.
Qaydaya əsasən, il ərzində şuraya “reket nəşr” elan olunmuş KİV haqqında əsaslı şikayət və müraciətlər daxil olmamalıdır. Qara siyahıya düşən mətbuat orqanı MŞ-yə müraciət ünvanlamalı, bir il ərzində çıxan saylarını şuranın monitorinq qrupuna təqdim etməlidir. Monitorinqdə KİV-in peşə prinsiplərinə və ölkə qanunvericiliyinin tələblərinə necə riayət etməsinə diqqət yetiriləcək. Bu barədə MŞ katibliyinə təqdimat ünvanlandıqdan sonra məsələyə İdarə Heyətində baxılaraq yekun qərar çıxarılacaq.
«Media forum»