Ölkənin şimal bölgəsində yayımlanan Regional Televiziya Şirkəti 3 yaşını qeyd edir.
Şirkətdən “Media forum” saytına bildiriblər ki, 2007-ci ildən yayıma başlayan və ölkədə ilk dəfə rəqəmsal texnologiya ilə təmin olunan RTV hazırda həftə ərzində tamaşaçılara 30-dək layihə təqdim edir.
Verilişlərin hazırlanmasına və yayımlanmasına 4 departament məsuldur. Ümumilikdə efirdə yayımlanan hər bir material RTV-də çalışan 65 nəfərin birgə səyi nəticəsində ərsəyə gəlir.
RTV dörd yaşına gedən yolda tamaşaçıların görüşünə yeni layihələrlə çıxmaq niyyətindədir.
RTV Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılıb. 2007-ci il noyabrın 15-dən fəaliyyətə başlayıb. 43-cü kanalda yayımlanır. Televiziyanın icraçı direktoru Məhsim Məhsimovdur.
“Media forum”