REDAKTORLAR BİRLİYİNİN TOPLANTISI OLDU

Onlar MŞ ilə problemlərin ədalət çərçivəsində həll olunmasını istəyirlər

Bu gün RATİ-də Redaktorlar Birliyinin toplantısı keçirilib. Toplantıda ölkədəki aparıcı müstəqil nəşrlərin rəhbərləri iştirak edib. Simsar.az-ın məlumatına görə, bu barədə musavat.com məlumat verib.

Redaktorlar Birliyinin bugünkü yığıncağında əsasn son günlər media sahəsi ilə bağlı olaylar – “Xural” qəzetinin müxbiri Aydın Canıyevin həbsi, “Xural” qəzetinin adının Mətbuat Şurasının tərtib etdiyi və reket jurnalistləri hədəfləyən “qara siyahı”ya salınması, jurnalist İdrak Abbasovun ailə üzvlərinin ARDNŞ işçilərinin təzyiqinə məruz qalması müzakirə olunub.

Toplantıda “Turan” İnformasiya agentliyinin direktoru Mehman Əliyev, “Yeni Müsavat” qzəetinin baş redaktoru Rauf Arifoğlu, “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərim və başqaları çıxış ediblər. Onlar qeyd ediblər ki, müdafiə olunan qəzetlər istədikləri cür öz müdaiələrini qursunlar, ancaq qarşı tərəfi təhqir etməsinlər.

Ətrafı müzakirələrdən sonra qərara alınıb ki, bütün bu məsələlərin hüquqi müstəvidə və ədalət çərçivəsində həllini taopması üçün lazımi instansiyalara müraciət edilsin.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO