REDAKTORLAR AMAŞOVU MÜZAKİRƏ EDİR, MŞ SƏDRİNİN İSƏ XƏBƏRİ YOXDUR

“Bu barədə mənə heç kim heç nə deməyib”

“Redaktorlar Birliyinin toplanacağından və orada hansı məsələlərin müzakirə olunacağaından xəbərim yoxdu”.

Bunu Simsar.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Xəbər portallarında gedən məlumatlara görə, bu gün Redaktorlar Birliyinin növbəti toplantısı olacaq.

Toplantıda “Yeni Müsavat”, “Azadlıq” qəzetləri, “Turan” İnformasiya Agentliyinin rəhbərliklərinin iştirak edəcəyi bildirilir. Reportyorların Azadlığı və Təhlükəsizliiyi İnstitutunda keçiriləcək tədbiri “Turan”-ın baş direktoru Mehman Əliyev idarə edəcək.

Məlumatlara görə, toplantıda iki jurnalistin Mətbuat Şurasından və qurumun sədri Ə. Amaşovdan şikayətin baxılacaq.

Ə.Amaşov isə qeyd edir ki, ondan kimin, hara və nə üçün şikayət etməsi barədə məlumatı yoxdur: “Bu barədə mənə heç kim heç nə deməyib. Tədbiri keçirsinlər ondan sonra təraflı danışarıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO