İranda məşhur axtarış sistemi Google qadağan olunub. Modern.az xəbər verir ki, buna səbəb İranın özünün axtarış sistemini yaratmasıdır. İran telekanalları isə bir neçə saat öncə Google axtarış sistemini və e-mail (Gmail) xidmətinin blok edildiyini açıqlayıb. Buna səbəb “Müsəlmanların məsumiyyəti” adlı filmin yayımlanmasıdır. Google bir neçə gün öncə həmin filmi yayımdan qaldırmayacağını bildirib.