İranda Amerika jurnalistini şərab aldığına görə həbs ediblər

Atasının sözlərinə görə, hələ fevralın 10-da telefon söhbətində qızı guya ki, şərab aldığına görə həbs edildiyini bildirib. O, həmçinin tezliklə buraxılacağını deməklə atasından ABŞ hakimiyyətinə, həbsi haqqında məlumat verməməyi xahiş edib. Saberinin atası ilk zamanlarda bu xahişə əməl etsə də, qızından bir xəbər almadığından bunu etmək məcburiyyətində qalıb. Qızının həbsinin əsl səbəbini bilməyən ata «Biz bu haqda məlumat vermək məcburiyyətində qaldıq. Əvvəllər məsələnin həll olunacağına ümid edirdik», – deyə bəyan edib.

Atasının sözlərinə görə, Saberi yarıiranlıdır və Tehrana altı il əvvəl müxbir qismində gedib. Lakin bir qədər sonra akkreditasiya müddəti başa çatsa da, bu ölkənin mədəniyyəti ilə maraqlanan və tədqiqat aparan jurnalist İranda qalıb yaşamaq qərarına gəlib. Qeyd edək ki, ABŞ Dövlət Departamentindən agentliyə jurnalistin həbsi ilə bağlı məlumatsız olduqlarını bildiriblər.

lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO