Rafiq Tağının ailəsi prezidentə müraciət edib

Mərhum jurnalist, yazıçı-publisist Rafiq Tağının ailə üzvləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Rafiq Tağının 19 noyabr 2011-ci il tarixdə xüsusi təşkilatçılıqla bıçaqlanması və 23 noyabr 2011-ci il tarixdə öldürülməsindən 2 ilə yaxın keçməsinə baxmayaraq, bu qətl cinayətini araşdırmağa borclu olan istintaq orqanı faktiki olaraq heç bir səmərəli addım atmayib, nəticədə xüsusilə ağır cinayətin üstü açılmayıb.

“Baş Prokurorluq bu cinayətin üstünün açılmasında maraqlı deyil. Dəfələrlə şikayət və vəsatətlər versək də, heç bir səmərəsi olmayıb, hətta məhkəmələr də şikayətlərimizi icraata qəbul eyməkdən imtina edib” , – deyə müraciətdə bildirilir.

Müraciət müəllifləri yazıçının ölümünün araşdırılmasına göstəriş verilməsini və diqqətdə saxlanılmasını xahiş ediblər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO