Çərşənbə günü ARD telekanalı 42 yaşlı əməkdaşı Savah Abu Səifin həbsinə etiraz olaraq İsrail və Fələstindəki məntəqələrinin bağlandığını bəyan etmişdir. Həbsdən sonra Səiflə əlaqənin kəsildiyini deyən ARD nümayəndələrinin ehtimalına görə, operatora işgəncələr verirlər.
Xatırladaq ki, Səif Qəzza bölgəsində baş vermiş terror aktı ilə bağlı şənbə günü saxlanılan şəxslər arasında idi. Belə ki, avtomobilin partlaması nəticəsində HƏMAS-ın beş yüksək rütbəli üzvü və bir fələstinli qız həlak olmuşdur.
Mənbə: lenta.ru