QURBAN BAYRAMINIZ MÜBARƏK!

Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi bütün müsəlman dünyasını və Azərbaycan xalqını müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir!
Böyük Yaradanın izni, İbrahim və İsmail peyğəmbərlərin vasitəsilə bəşəriyyətə çatdırılmış Qurban Bayramının əsl mahiyyətində “ən ali yaranmış insanın qurban kəsilməsinə son”, insanların bir-birilə xoş ünsiyyətinə, mehribançılığına doğru atılan addımlar təcəlla olunub. Bu bayram tarixən kimsəsizlərin, imkansızların yad olunması, sevindirilməsi, bir sözlə təbəqə fərqindən asılı olmayaraq insanların yaxınlaşması, doğmalaşması kimi bəşəri dəyərləri yaşatması baxımından öz əhəmiyyətini daha da zirvələrə ucaldıb.
SAMF kollektivi bu müqəddəs bayram günlərində Allahdan torpaqlarımızın bütövlüyünün bərpasına, dünyada sülhün qorunmasına nicat diləyir.
Qurban Bayramımız mübarək!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO