Xaçmaz rayon Məhkəməsində Quba hadisələrində təqsirləndirilən 6 nəfərə hökm oxunub. Modern.az-ın məlumatına görə, məhkəmə prosesində hakim Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 5 il , “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqova, televiziyanın baş redaktoru Zaur Quliyevə 3 il şərti cəza , Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 4 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 2 il 6 ay, onun nəvəsi Muxtar Ələkbərova 3 il 6 ay həbs cəzası verilib.
Quba hadisələrində təqsirləndirilən jurnalistlər məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, Quba hadisələrinə görə ümumilikdə 30 nəfər həbs olunub.
Modern.az