Qırğızıstanda tanınmış müxalifətçi qəzetin jurnalisti döyülüb

Lenta.ru saytı Ferqana.ru informasiya agentliyinə istinadən xəbər verir ki, Bişkəkdə tanınmış müxalifətyönümlü “Açıq siyasət” qəzetinin baş redaktor müavini Abduvahab Moniyev döyülüb.

İnformasiya agentliyinin məlumatına görə, bu hadisədən az əvvəl jurnalistə naməlum şəxs zəng edərək, ona hansısa vacib məlumatı vermək istədiyini deyib (Söhbətin konkret hansı xəbərdən getdiyi məlum deyil). Moniyev görüş yerinə gələndə ona hücum olub və nəticədə jurnalist xəstəxanaya düşüb.

Qəzetin redaksiyasında belə hesab edirlər ki, jurnalistə hücüm Abduvahab Moniyevin peşəkar fəaliyyəti ilə, xüsusən, onun təxəllüslə yazdığı məqalələrlə bağlı olub.

Qeyd etmək lazımdır ki, bir neçə həftə bundan əvvəl “Açıq siyasət” qəzeti ətrafında “Quranı kim saxtalaşdırır?” yazısı ilə bağlı qalmaqal yaranmışdı. Məqalədə islamın bəzi müddəalarının tənqidi, həmçinin antisemist çıxışlar daxil edilmişdi (müəllifin fikrincə, “yəhudilər qırğızları məhv etmək istəyirlər”).

Məqalə ölkə müsəlmanları arasında geniş narazılığa səbəb olmuşdu. İyunun 5-də Cəlalabad məscidi ətrafında toplaşan iki mindən artıq müsəlman məqaləyə etiraz etmiş və Quranı təhqir edənləri cəzalandırmağı hakimiyyət orqanlarından tələb etmişdilər. Moniyevə qarşı hücumun məhz bu məqalə ilə əlaqədar olub- olmaması məlum deyil.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO