Kenjebayevin həmkarları basqını jurnalistin peşəkar fəaliyyəti ilə əlaqələndirirlər. «Hesab edirik ki, bu cür cinayətlər jurnalistləri qorxutmaq və jurnalist Sırqak Abdıldayevlə olduğu kimi söz azadlığını boğmaq məqsədi daşıyır» – deyə, teleşirkətin bəyanatında bildirilir.
Xatırladaq ki, «Reportyor-Bişkek» qəzetinin icmalçısı Sırqak Abdıldayev martın 4-də Bişkekdə hücuma məruz qalmışdır. 30-a yaxın bıçaq yarası almış jurnalist sağ qalmış və əməliyyatdan sonra ağır vəziyyətdə şəhər xəstəxanalarının birində yatır. Cinayətin istintaqı Qırğızıstan DİN-in başçısı Moldomusa Konqantiyevin şəxsi nəzarəti altındadır.
lenta.ru