Redaksiyanın yaxınlığında jurnalistə hücum edən dörd naməlum şəxs 30-a yaxın bıçaq zərbəsi endirib və onun hər iki əlini sındırıb. Zərərçəkmiş şəhər xəstəxanalarının birinə çatdırılaraq əməliyyat olunub. «İnterfaks»ın məlumatına görə, həkimlər onun həyatının təhlükədə olmadığını bildirsələr də, vəziyyətinin ağır olduğunu deyiblər.
Faktla bağlı cinayət işi açılıb və istintaq Qırğızıstan DİN rəhbərinin şəxsi nəzarətindədir. Redaksiyada hesab edirlər ki, hadisə jurnalistin peşə fəaliyyəti ilə bağlıdır. «Ata məkan» partiyası da hadisənin jurnalistin müxalifətə mənsubiyyəti ilə əlaqələndirir.
lenta.ru