Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yeni ünvana köçüb. Modern.az-ın məlumatına görə, bu barədə Şuranın icraçı katibi Fərasət Qurbanov bildirib. Fərasət Qurbanovun verdiyi məlumata görə, Şura yeni ünvanda tam şəkildə fəaliyyətini davam etdirir. Şuranın yeni binası Fikrət Əmirov küçəsi 1 ünvanında yerləşir. F. Qurbanov onu da bildirib ki, yeni ofisdə fəaliyyət imkanları daha geniş olacaq. Əlaqə telefonları: 493 15 84; 493 27 11; 493 17 80; 493 17 32.