Qazaxıstan qəzeti xüsusi xidmət orqanlarının sirlərini yaydığına görə müvəqqəti olaraq bağlanılıb

Bu qərarı məhkəmə prokurorluğun xahişilə çıxarıb. Lakin xahiş qismən təmin edilib, çünki prokurorluq qəzetin üç ay müddətinə bağlanmasını istəsə də, məhkəmə həmin müddəti bir aya qədər azaldıb.

Xatırladaq ki, MTK-ın yazışmasını qəzet 2008-ci ilin noyabrında dərc etmişdir. Çox keçmədən xüsusi xidmət orqanları redaksiyada axtarış apararaq, sənədləri və redaksiya avadanlığının bir hissəsini müsadirə etmişdir. «Alma-Ata info» qəzetinin baş redaktoru Ramazan Yeserqepov MTK nümayəndələrinə ifadə verməkdən boyun qaçıraraq siyasi sığınacaq üçün ABŞ səfirliyinə müraciət etsə də, rədd cavabı almışdır. 2009-cu il yanvar ayının əvvəllərində Yeserqepov həbs olunub.

lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO