Qazaxda və Ağstafada qəzet köşklərinin əksəriyyəti standartlara cavab vermir

Qazax rayonunda qəzet köşklərinin əksəriyyəti standartlara cavab vermir.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Qazax şəhərinin sakinləri kifayət qədər köşklərin olduğunu, ancaq həmin köşklərin əksəriyyətinin müasir standartlara cavab vermədiyini bildiriblər.

“Mətbuatyayım” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qazax rayon şöbəsinin rəisi Rəşad Omarov bildirib ki, rayonda 7 qəzet köşkünün fəaliyyət göstərir və onlar yalnız qəzet satışı ilə məşğul olurlar. Köşklərdə ay ərzində 70-80 manatlıq qəzet satılır.

Ağstafada isə köşklərdə qəzetlərdən daha çox digər ərzaq və çörək məmulatları satılır. Köşklərdəki satıcılar isə bir ay müddətində 200 manatlıq qəzet satdığını və satılmış qəzetlərin pulunun 10%-nin onlara qaldığını bildirib. Satıcılar qəzet satışından bir ay ərzində 20 manatdan çox gəlir götürmədiyini deyiblər.

“Mətbuatyayım” ASC-nin Ağstafa rayon şöbəsinin rəisi Hüseyn İsgəndərov təsdiqləyib ki, həqiqətən qəzet köşklərində əlavə əşyaların satışına tam olaraq icazələr verilib. Çünki, qəzet köşklərinin satıcılarının bir aylıq əmək haqqları 10-20 manatdır, bu da satıcıları heç bir halda qane edə bilməz.

– See more at: http://salamnews.org/az/news/read/105296#sthash.dp6Oqoyi.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO