Azərbaycan Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində tanınmış şair Zakir Fəxrinin “Qaranlıqdan aydınlığa” kitabının təqdimatı olub. Bu kitab Azərbaycandan roman-poema janrının ilk örnəklərinədəndir. Müəllifin bundan əvvəlki “Rezonans” kitabı da bu janrdadır.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, sufi elementləri, övliyya kəlamları və Quran ayələrindən də istifadə olunan kitab sadə bir zəhmət insanı barədədir. Masallının kiçik bir kəndində Xalıq kişinin keçdiyi ömür yolunun timsalında bəşər həqiqətlərinin həm şeir həm də nəsr vasitəsilə çatdırılması ədəbiyyat üçün yeni bir üslub sayılır. Kitabın redaktoru və ön sözün müəllifi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi, professor Fəxrəddin Veysəlli də bu məqamı önə çəkərək “Qaranlıqdan aydınlığa” kitabının Azərbaycan ədəbiyyatı üçün yeni bir dönəm olduğunu qeyd edib.
Təqdimatda tərcüməçi-yazar Saday Budaqlı, şair Tofiq Abdin, İlham Feyzullayev çıxıç edərək müəllifə təşəkkür və arzularını çatdırıblar. Sufiyanəkitabın sufiyanə formada təqdim olunmasına toxunan yazıçı Afaq Məsud bu fikrin alicənablığından danışdı.