“Qələbə» qəzetinin 90 illik yubileyi keçirilib

Respublikamızın qocaman mətbu orqanlarından biri-Salyanda çıxan «Qələbə» qəzetinin 90 illik yubileyi keçirilib.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, yubiley mərasimindən əvvəl Azərbaycan mətbuatının hamisi ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidənin önünə gül-çəçək dəstələri düzülüb.

Bayram toplantısında “Qələbə“ qəzetinin keçdiyi tarixi yola nəzər salınıb. Bildirib ki, 1924-cü il fevralın 21-də qəzetin ilk nömrəsi “Qırmızı Muğan “ adı ilə işıq üzü görüb və indiyədək 8300 nömrəsi çapdan çıxıb. Müxtəlif illərdə «Sosializm yolu», «Məhsul», 1965-ci ildən isə qəzet «Qələbə» adı ilə buraxılır. Salyanın mədəni, ictimai-siyasi həyatının salnaməsinin yaradılmasınmda bu mətbu orqanının əvəzsiz xidmətləri olub. Ölkədə mətbata dövlət qayğısından danışan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbat Şurasının sədri Əflatun Amaşaov və başqaları da mətbu orqanının ünvanına xoş arzular bildiriblər. Qəzetinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tirajının artamsı və əməkdaşların sosial şəraitinin yaxşılaşdırılması da bu qayğının təzahürü kimi səciyyələndirilib. Göstərilən diqqət və qayğı isə 90 yaşlı «Qələbə”ni yenə də gənclik həvəsi ilə işləməyə sövq edir.

Sonda qəzetin bir qrup əməkdşaına rayon icra hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri verilib.

– See more at: http://salamnews.org/az/news/read/115678#sthash.W4XeBQZl.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO