Prezident İlham Əliyev və xanımı UNESCO-nun çap etdirdiyi “Fərqliliklə razılaşaq” kitabının təqdimatında iştirak ediblər

Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın “Tudor Rose” nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş “Fərqliliklə razılaşaq” kitabının təqdimatı oldu.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
UNESCO-nun baş direktoru İrina Bokova təqdimat mərasimində çıxış etdi.
Sonra baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.
Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırıldılar.
Sonda xatirə şəkli çəkdirildi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO