Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul ediblər.
Görüşdə UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu məmnunluqla qeyd etdi. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü də ehtiramla xatırladı.
Söhbət zamanı Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulandı, bu tədbirin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək dəyərləndirildi.
AzərTac.az