Aprelin 22-də prezident İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, AzərTAc-ın xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırılmalı, agentliyin xarici dillərdəki informasiya baş redaksiyası nəzdində multimedia və video xidməti yaradılmalı, əlavə olaraq alman, fransız və ərəb dillərində xəbər buraxılışlarının hazırlanması təmin edilməlidir.
Nazirlər Kabinetinə sərəncamda göstərilənlər üzrə maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etmək, AzərTAc-ın işçilərinin say həddini təsdiqləmək, agentlik üçün yeni inzibati binanın tikintisi məqsədilə müvafiq torpaq sahəsi ayırmaq tapşırılıb.
«Media forum»