“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə” Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat işlərinin aparılması” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının məktəblilər arasında maarifləndirmə yolu ilə qarşısının alınmasından, dövlətin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində təhsil proqramlarına ictimai dəstək vermək, habelə bu sahədə hüquqi savadlılığın artırılmasına və dövlət və vətəndaş cəmiyyətinin bu sahədə səylərini birləşdirməyə nail olmaqdan ibarətdir.
Layihə çərçivəsində Masallı, Cəlilabad, Biləsuvar rayonlarında, Sumqayıt, Lənkəran, Şirvan və Bakı şəhərlərində hər məktəbdə 30 şagirdin iştirakı ilə ümumilikdə 300 şagirdi əhatə edəcək maarifləndirici tədbirlərin keçirilməsi və minlərlə şagirdi maarifləndirəcək xüsusi posterlərin məktəblilər arasında paylanması nəzərdə tutulur.
Mətbuat Xidməti