Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcək

Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcəkAzərbaycanda Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcək. Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Seçkilər noyabrın əvvəlində keçiriləcək. Sistemin əsas funksiyaları səsvermənin gedişini, protokolların tərtibini, kompüterin məlumat bazasındakı deputatların və partiyaların adlarını, dairə seçki komissiyalarında protokollara yekun vurulmasını əks etdirməkdən ibarətdir.
Sistem ilk dəfə Parlamentdə səsvermə sisteminin avtomatlaşdırılması üçün yaradılıb. Onun proqram təminatı – birincisi, model dairə seçki komissiyalarının informasiya məntəqələri üçün, ikincisi isə İnformasiya Mərkəzi inzibatçısının iş yerinin avtomatlaşdırılması üçün iki modeldən ibarətdir.
Səsvemənin gedişini MSK-nın saytında online rejimində izləmək mümkün olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan məlumatların nəticələrini interaktiv şəkildə izləməyə imkan verəcək.
Hər seçki məntəqəsindən gələn informasiya dairə seçki komissiyasına, daha sonra isə “Seçkilər” mərkəzinin informasiya şəbəkəsinə ötürüləcək.
Seçkilərin keçiriləcəyi seçki məntəqələri zəruri kompüter və rabitə avadanlıqları ilə təchiz olunacaq. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi seçki məntəqələrinin etibarlı, fasiləsiz telefon rabitəsi və İnternetə çıxışla təmin edilməsi üçün işlər həyata keçirəcək./Trend/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO