Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü Türkiyəyə səfərə gedir. Bu barədə PJB-nin sədri Elşad Eyvazlı Modern.az-a açıqlamasında bildirib. Azərbaycandan səfərdə “Mediaforum” portalının əməkdaşı İmdad Əlizadə, “525-ci qəzet”və“Gün.az” portalının əməkdaşı Kamil Həmzəoğlu, “3 nöqtə” qəzeti və publika.az portalının əməkdaşı Elməddin Muradlı iştirak edəcək. Səfər Alaniya Qəzetəçilər Cəmiyyətinin dəvəti ilə baş tutub. PJB üzvləri Türkiyə Qəzetəçilər Federasiyasının toplantısında iştirak edəcəklər.
Səfər 2-7 noyabr tarixinədək davam edəcək.
Modern.az