Pakistanda “Facebook” sosial şəbəkəsindən sonra, indi də “Youtube” internet saytına giriş qadağan olunub. Pakistan Telekommunikasıya Qurumu (PTA) nu qadağanı Lahor Ali Məhkəməsinin qərarından sonra qoyub.
Qərarın verilməsinə səbəb isə saytda dini inancları təhqir edən videoların yerləşdirilməsi olub. Belə ki, “Youtube”da İslam dinini və Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən videolar yerləşdirilib.
Qeyd edək ki, bir necə gün əvvəl məhkəmə “Facebook”un da bağlanması barədə qərar qəbul etmişdi. /ANS PRESS/