PA-nın sektor müdiri İnterAz-da Prezident İlham Əliyevin son xəbərdarlığından danışıcaq

İnterAz telekanalında yayımlanan “7-ci Gün analitik-informasiya proqramı”nın qonağı Prezident Adminstrasiyasının sektor müdiri Qafar Əliyev olacaq.

SalamNews xəbər verir ki, PA rəsmisi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans müzakirə ediləcək, ölkə başçısı İlham Əliyevin məmurlara xəbərdarlıqları və tapşırıqlarından danışılacaq.

Proqramda həmçinin düşmənin cəbhədə fəallığı, Azərbaycana qarşı diversiya-təxribat hərəkətlərinin artması təhlil olunacaq. 2 fevral gənclər günü ərəfəsində İlkin Nadirovun təqdimatında efirə gecədək verilişdə, gənclərlə bağlı maraqlı reportaj da yer alacaq.

Veriliş fevralın 1-i, saat 22:00-da yayımlanacaq.

– See more at: http://salamnews.org/az/news/read/161300#sthash.AqESOyyU.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO