Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı yazı müsabiqəsi elan edilib

Azərbaycanın Özbəkistandakı Səfirliyi nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkə KİV-lərində Azərbaycan haqqında dərc olunmuş ən yaxşı yazı müsabiqəsi elan edib.

Mədəniyyət və Turizm Nazirliyindən SalamNews-a verilən məlumata görə, müsabiqə “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” mövzuları üzrə elan edilib. Bu mövzuları geniş, sanballı, obyektiv işıqlandıran jurnalistlər müsabiqə qalibləri elan olunacaqlar.

Təşkilatçılar Azərbaycanın Özbəkistandakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Jurnalistlər İttifaqıdır. Müsabiqəyə noyabr ayında yekun vurulacaq. Müsabiqədə hər nominasiya üzrə 3 qalib yer müəyyən olunub və onlar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları ilə təltif ediləcəklər.

– See more at: http://az.salamnews.org/az/news/read/78214/oumlzbekistan-kiv-lerinde-azerbaycan-haqqinda-en-yaxshi-yazi-muumlsabiqesi-elan-edilib/#sthash.fFJCBywO.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO