Ötən ay nazirliyin e-xidmətlərindən 169 min 717 dəfə istifadə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən may ayında 169 min 717 dəfə istifadə halı qeydə alınıb.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 113 min 827, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 40 min 359, “İş yerinə dair arayış” e-xidməti isə 13 min 401 istifadə sayı ilə son bir ayda da əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıb.
 
“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bildirişlərin nazirliyin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi vasitəsi kimi fəaliyyət göstərir.
 
Ötən ilin ortalarından həmin sistemin işə salınması “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılaraq istifadəyə verilməsinə imkan yaradıb.
 
AzərTac.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO