“Oqtay Əsədova xüsusi sualı olan jurnalistlər Parlament Jurnalistləri Birliyinə müraciət etsinlər “

Modern.az xəbər verir ki, bu gün 3-cü çağrış Milli Məclisin 2010-cu il yaz və növbədənkənar sesiyalarının işi barədə mətbuat konfransında media nümayəndələri spiker Oqtay Əsədovun jurnlistlərin qarşısına çıxmama səbəbləri ilə maraqlanıbılar.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, bu sırf iş bölgüsü ilə bağlı olan məsələdir. “Mətbuatla iş vitse-spiker Bahar Muradovaya həvalə edilib. Elə düşünməyin ki, Milli Məclisin işi yalnız jurnalistlərlə əlaqə yaratmaqdır. Başqa işlərimiz də çoxdur”.

Bahar Muradova isə məsləyə münasibət bildirərək qeyd edib ki, həqiqətən bu vəzifə bölgüsü ilə bağlıdır.
“Milli Məclisin fəaliyyətinin genişləndirilməsi, elə hər sessiyanının əvvəlində və sonunda mətbuat konfransının keçirilməsi Oqtay Əsədovun fəaliyyətidir. Oqtay müəllim tez-tez xarici səfərlərdə olur. O belə səfərlərdə jurnalistlərə daim açıqlama verir. Ancaq hansısa bir jurnalstin Milli Məclis sədrinə xüsusi sualı varsa, belə sualları cəmləşdirib PJB-yə təqdim etsinlər. Burada heç bir problem görmürəm”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO