Onun sözlərinə görə, kabel televiziyasından odessalıların yarıdan çoxu istifadə edir və onların heç biri yayımın dayandırılacağı barədə xəbərdar edilməyib. Baş verənləri Kovalenko Odessa vilayətində NATO-nun «Sea Breeze 2008» beynəlxalq təlimlərinin keçirilməsi ilə izah edir. Qeyd edək ki, bu məlumat vilayət yaxud şəhər administrasiyasından nə təsdiq, nə də təkzib edilib.
Mənbə: lenta.ru