Obamanın məşhur portretinin müəllifi Associated Press agentliyini məhkəməyə verib

Rəssamın vəkilləri tərəfindən hazırlanmış sənəddə həqiqətən də Obamanın portreti üzərində işləyərkən Feyrinin AP-in şəklindən istifadə etməsi faktı etiraf edilir. Lakin iddia ərizəsinə görə, söhbət «vicdanlı istifadədən» gedir. Feyrinin vəkilləri tərəfindən verilmiş iddianı şərh edən AP nümayəndələri bəyan ediblər ki, tərəflər fikir ayrılığını məhkəmədən kənarda həll etməyə çalışıblar. Onların sözlərinə görə, agentlik danışıqlar başa çatanadək məhkəməyə müraciət etməmək haqqında könüllü surətdə öhdəlik üzərinə götürmüşdür. Feyrinin iddiası AP üçün gözlənilməz olub və agentlik hüquqlarını müdafiə etmək niyyətindədir.

lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO