Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan SalamNews-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.
“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Nuşirəvan Umud oğlu Məhərrəmov yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilib.
– See more at: http://salamnews.org/az/news/read/160910#sthash.ExWywcFn.dpuf