Xatırladaq ki, avqustun 31-də «İnquşetiya.ru» müxalifət resursunun sahibi Maqomed Yevloyev saxlanılmasında iştirak etmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin tapançasından açılan «təsadüfi» atəş nəticəsində qətlə yetirilmişdir. Respublika Daxili İşlər Nazirliyinin versiyasına görə müxalifətçi bilərəkdən qətlə yetirilməyib, lakin mərhumun qohum və dostları qətlin əvvəlcədən planlaşdırıldığını bildirir. Qeyd edək ki, Yevloyevin qətli ilə bağlı RF CM 109 maddəsi ilə (ölümə ehtiyatsızlıq üzündən səbəb olma) cinayət işi açılmışdır.
Mənbə: lenta.ru