İnternet mediasında dil problemləri – AKTUAL

Qəzet, radio və televiziya jurnalistikasına nəzərən internet mediası ölkədə yaşayan insanlar üçün yeni hesab olunmalıdır. Medianın bu sahəsi Azərbaycan vətəndaşının internetlə tanışlığına qədər gedib çıxır. Demək olar ki, internet mediası Azərbaycanda 90-cı illərin sonluğunda yaranıb. Həmin illərin son dövrlərində internet şəbəkə halında Azərbaycana yayılmağa başlayıb. Azərbaycanda internet mediası insanların əsas informasiya mənbəyi hesab olunur. Axır vaxtlarda da internet jurnalistikasının qəzet, radio və televiziyanı üstələməsi heç də birmənalı şəkildə deyil. İnformasiyaların əhatəliliyi, daima yenilənməsi və uzun müddət qorunub saxlanılması internet saytlarına digər jurnalistika sahələri ilə rəqabətdə üstünlük qazandırır. Ölkədə saysız-hesabsız belə saytlar fəaliyyət göstərir. Çox olmasına baxmayaraq həmin informasiya mənbələrinin 95%-də çatışmamazlıq və problemlər mövcuddur. İnsanların sosial şəbəkə və media anlayışı, saytlarda olan qeyri-peşəkar jurnalist işi, internet mediasındakı küçə jarqonları, korrektor səhvləri bu tip problemlər silsiləsinə daxildir.
Sosial şəbəkə və internet mediası anlayışı
İnternet mediasının isə informaiya bazarında əsas rəqibi məhz sosial şəbəkələr sayılır. “Facebook”, “Tvitter” kimi sosial şəbəkələrlə rəqabətdə bəzi internet saytları uduzurlar. Bu tendensiya uzun müddət davam edəcəyi təqdirdə internet mediasının bəzi ünvanları yox olmaq dərəcəsinə çata bilər. Sosial şəbəkələrə maraqların bu dərəcədə artması insanlar arasında jurnalistika informasiyalarına olan maraqları demək olar ki, azaltmağa doğru aparır. Çünki, Azərbaycanda vətəndaşların çox hissəsi internet mediası ilə sosial şəbəkələri müqayisədə səhv qiymətləndirməsi daxildə problem daha da qloballaşdırır. Bu gün Azərbaycan vətəndaşlarının müəyyən təbəqəsi çox hallarda sosial şəbəkələrə informaiya mənbələri kimi baxırlar. Bu anlayışın özü insanları cahilliyə aparır. Çünki, insanlar oradan aldığı informasiyalar insanların öz maraq dairəsindən kənara çıxarmır. Sosial şəbəkələrdə mənəviyyata, əxlaqa zidd olan kifayət qədər pozucu təsir bağışlayan məlumatlar var. Ümumiyyətlə Azərbaycanda insanlar arasında daha məşhur olan “Facebook”, “Odnoklassniki”, “Agent” və “Tvitter” kimi sosial şəbəkələr informasiya mediası yox, məhz əxlaqsız məlumatlar toplusudur. Çünki, sosial şəbəkələrin əsas təbliğatçıları elmi dünyagörüşü normal olmayan insanlardır. Bu tip şəbəkələrin insanlar arasında marağa səbəb olmasının əsas səbəbi vətəndaşların bu barədə mütəxəssislər tərəfindən düzgün istiqamətləndirilmələri və məlumatlandırılmamalarıdır. İnternet mediasına nəzərən sosial şəbəkələr cinayət obyektləridir. İnternet mediasına nəzərən sosial şəbəkələr əksəriyyət hallarda qeyri-peşəkarların məlumatları ilə dolu olur. İnternet mediası insanları düzgün istiqamətlərə yönəldəcək informasiyalar, sosial şəbəkələr isə əxlaqa zidd olan mənbələr haqqında təbliğat aparır. Fransa, Almaniya, İsveçrə, İsrail, Finlandiya kimi sivil ölkələrdə insanlar sosial şəbəkələrdən əsasən dostlarla ünsiyyət yaratmaq üçün istifadə edirlər. Məhz bu ölkələrin insanları sosial şəbəkə anlayışını internet mediası ilə qarışdırmırlar. Hər halda bütün bunlar sosial problemlər kimi qiymətləndirilib bu barədə tədbirlər görülsə yerinə düşərdi. Problemləri nisbətən aradan qaldırmaq üçün bəzi saytların fəaliyyətinə qadağalar qoyulmaldır.
Mediada qeyri-peşəkar jurnalist işi
Azərbaycanda jurnalistika sahəsində kifayət qədər ixtisaslı kadrlar var. Buna baxmayaraq jurnalistika sahəsində olan problemlər də ən az o qədər çoxdur. Axır vaxtlarda bu problemlər çap mediasında özünü daha qabarıq şəkildə göstərir. Bu əyintilərin artmasının səbəbi insanların kütləvi şəkildə bu sahəyə axışmalarıdır. Çox hallarda qeyri-ixtisasa sahib olan və bu işdə yetəri qədər qabiliyyəti olmayan işə cəlb olunurlar. Buna baxmayaraq həmin qeyri-peşəkarlar əməkdaşı olduğu media orqanlarının rəhbərlikləri tərəfindən düzgün istiqamətləndirilmirlər. Xüsusilə internet mediasında bu cür nöqsanların olmasının əsil səbəblərindən biri də həmin insanların jurnalistika haqqında məlumata sahib olmamalarıdır. Odur ki, istər internet, istərsə də qəzet və jurnal oxuyucuları qeyri-peşəkar jurnalist yazılarını oxumağa məcbur olurlar. Yenə də Avropa və Amerikanın inkişaf etmiş ölkələrində Juranalistika sahəsinə xüusi önəm verilir. Çünki, istər internet, istərsə də jurnalistikanın digər sahələri həmin ölkələrin vətəndaşları üçün əsas informaiya mənbəyi sayılır. Ona görə də işə qəbul zamanı əməkdaşlar xüsusi seçilir, müəyyən təcrübələrdən sonra işə qəbul olunurlar. Azərbaycanda isə çox maraqlı olsa da işə götürülənlərin əksəriyyətinin xarici görünüşünə görə qiymət verirlər. Problemləri tədricən aradan qaldırmaq üçün jurnalistika sahəsinə işə qəbul zamanı xüsusi qabiliyyət imtahanları keçirilməlidir. Həmin təcrübəni ali məktəblərin jurnalistika fakültələrinə imtahanlar zamanı da sınaqdan keçirmək olar.
Xarici ölkə informasiya mənbələri bəzi Azərbaycan internet medialarının saytlarına istinadən informasiyaları öz dillərinə çevirməkdə çətinlik çəkirlər. Çünki, xüsusilə internet mediasında elə sözlər işlədilir ki, həmin sözlər heç bir məna ifadə eləmir. Axır vaxtlarda internet saytlarının əksəriyyətində küçə jarqonları manşetlərə çıxarılır. Misal üçün xarici sayt necə tərcümə eləsin “Məktəb direktoru müəllimin torbasını tikdi”, “Dekan tələbələri inək kimi sağır!”, “F.A “Əjdaha”nın bostanına daş atıb!”. İlk baxışda gülməli görünsə də biabırçıdır. Azərbaycanda bəzi internet meidaları Sovet Birliyi vaxtında olduğu kimi “samizdat” rolunu oynayır. Qeyd edək ki, samizdat (rusca: самиздат) – sovet blokunu təşkil edən ölkələrdə qanunsuz qəzet çapı və bu nəşrlərin gizlin şəkildə yayılmasını bildirən terminin adıdır. Kommunist rejimi tərəfindən maliyyələşdirilən nəşrlərin nüsxələri qısa müddət ərzidnə bütün ölkələrə yayılırdı. Bu nüsxələrin əksəriyyəti əlyazma və çap şəklində olurdu. Samizdatın “Tamizdat” adı verilən növü olub. “tamizdat” isə SSRİ xaricində – Qərbdəki kapitalist nəşriyyatlar tərəfindən nümayiş olunan versiyasına verilən addır. SSRİ-nin parçalanmasında bir neçə il keçməsinə baxmayaraq, Azərbaycanda hələ sovetin bu izi bəzi internet mətbu orqanlarında qalmaqdadır. Bu tip yazılar adətən sifarişli yazılar hesab olunur. Belə desək həmin media orqanları sifarişli yazılarla kimlərinsə maraqlarına xidmət edir, reketçiliklə məşğul olurlar. İnternet medialar hərdən “tamizdat” rolunu xaricdən aldıqları bəzi tapşırıqlarla oynayırlar. Bütün bunlar Peşə Davranışlarının Qaydalarına zidd hal hesab olunur. Ən azından hər hansı problemin qabardılması üçün küçə jarqonlarından istifadə olunması əxlaqi keyfiyyətlərə zidd hesab olunur. İnternet medialarının bəziləri bu yola getməklə çoxlu sayda oxucu auditoriyası toplamağı hədəfə alıb. Mənfi hal hesab olunsa da oxucuların əksəriyyəti bu tip yazılara daha rəğbət hissi ilə yanaşırlar. Artıq bu cür sözlərin tez-tez gündəmə gəlməsi və media manşetlərində yer alması insanlara psixoloji təsir edib. Vətəndaşlar demək olar ki, bu sindromdan yaxa qurtara bilmirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO